Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalandığı bildirilib.
1.78 sm boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində "Modriça Maxima”, "Zvijezda”, "Banja Luka”, "Drina Zvornik”, "Mladost Kakanj”, "Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın "Yaqodina”, Belçikanın "Mouscron”, Sloveniyanın "Rudar Velenje” və "Celje” klublarının heyətində çıxış edib. Kuzmanoviç son mövsümü "Tuzla Sity”də keçirib.
Səbuhi Həsənov