Xəbər lenti

"Araz-Naxçıvan" legioner transferləridən doymur
İdman06:46 03.08.2023

"Araz-Naxçıvan" legioner transferləridən doymur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Misli Premyer Liqasında ilk oyununa çıxacaq "Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.
Qaynarinfo-nun məlumatına görə, klub bu gün daha bir legionerlə İqor Ribeiro ilə müqavilə imzalayıb. Futbolçu ilə birillik müqavilə imzalanıb. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay təmsilçisi "Takuari” olub. 26 yaşlı futbolçu buna qədər vətənində "Qama”, "Bandeirante” və "Ceilandia”da oynayıb.
Ribeiro Naxçıvan təmsilçisinin 9-cu əcnəbisidir. Klub buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşikeni də heyətinə qatmışdı.
Yerlilərdən isə Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev "Araz Naxçıvan"a transfer olunub.
Səbuhi Həsənov