"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, Naxçıvan komandası moldovalı qapıçı ilə anlaşıb. Kristian Avram qarşıdakı 1 il ərzində "ağ-qırmızılar”ın qapısını qoruyacaq. 193 sm boya malik olan və Moldova millisinin də üzvü olan 29 yaşlı qolkiperin son klubu vətənində "Petrocub” olub. Buna qədər o, Rumıniyada "Buzau”, Moldovada "Dinamo-Auto” və "Daçia”da çıxış edib.
Klub buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, İqor Ribeiro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıb.
Mövsümün ilk turu çərçivəsində "Turan Tovuz"la qarşılaşan Naxçıvan komandası 0:3 hesablı məğlubiyətə uğramışdı. Bu qarşılaşmada komandanın qapısını qoruyan Semir Bukviçin səhvləri azarkeşlərin ciddi narazılığına səbəb olmuşdu.
Səbuhi Həsənov