Xəbər lenti

Ölkə 14:52 27.11.2025

"ARB 24" 7 yaşını qeyd edir

Bu gün "ARB 24" telekanalının ümumölkə yayımçısı kimi fəaliyyətə başlamasının 7 ili tamam olur.

Telekanal 2018-ci il 27 noyabrdan etibarən Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb.

Ötən müddətdə "ARB 24" telekanalı hazırladığı verlişlərlə tamaşaçıların rəğbətini qazanmağı bacarıb və ciddi auditoriya toplaya bilib.

Ölkənin ilk biznes-xəbər kanalı olan "ARB 24" televiziyası, iqtisadiyyat və biznes sahəsində dünyada və ölkədə baş verən yenilikləri mütəmadi olaraq izləyicilərinə çatdırır.

Kanal əməkdaşları 24 saat yayım müddətində öz tamaşaçılarına səmərəli xəbərlər və marifləndirici verlişlər təqdim edir.

Qaynarinfo-nun kollektivi "ARB 24"də çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->