Xəbər lenti

ARB-dən “şok transferlər”ə reaksiya: “Adları hallanan əməkdaşlarımız iş başındadırlar”
Ölkə 20:18 09.08.2023

ARB-dən “şok transferlər”ə reaksiya: “Adları hallanan əməkdaşlarımız iş başındadırlar”

Ötən gün mətbuatda "Xəzər TV"nin ARB telekanalından bir neçə məşhur simanı transfer etmək istədiyi, hətda maliyyə sıxıntılarını aradan qaldırmaq üçün kanal rəhbərliyinin Xoşqədəm Hidayətqızını da qaytarmağa cəhd göstərdiyi xəbəri dərc olunub.

Qaynarinfo məsələ ilə bağlı ARB-nin mövqeyini öyrənib.

Kanaldan verilən açıqlamaya görə, adları hallanan əməkdaşlar iş başındadırlar:

"Hər kəsə məlumdur ki, televiziya mövsümü sentyabr-oktyabr ayından başlayır və iyun ayına qədər davam edir. Yeni seriallar, verilişlər, tamaşaçıların gözlədiyi əvvəlki mövsümlərdən davam edən məşhur layihələr ömrünün əsas hissəsini məhz bu dövrdə keçirir. Təxminən 10 ay davam edən layihələrin təməli iki aylıq mövsüm fasiləsində atılır. Kanallar yay mövsümündə yeni layihələrin hazırlanması ilə məşğul olmaqla yanaşı, həm də məşhur simaların transferini gerçəkləşdirməyə çalışır. Bu hər bir kanal tərəfindən çox normal, işgüzar kontekstdə atılmış, reytinq yarışında onu irəli aparmağa hesablanmış addımdır. ARB televiziyası olaraq bəyan edirik ki, son günlər yazılı mətbuatda əməkdaşlarımızın bəzilərinin başqa kanallara transfer olunacağı ilə bağlı yayılan xəbərlərdən məlumatlıyıq. Adları hallanan əməkdaşlarımız iş başındadırlar və yeni mövsümə yeniliklərlə qayıdacaqlar. Təzə layihələrlə bağlı tamaşaçılarımızı sevindirəcək transferlərlə də danışıqlar aparırıq. ARB telekanalı yeni fəsildə izləyicilərinin qarşısına fərqli gecə şousu, yeni seriallar və maraqlı layihələrlə çıxacaq”.
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->