İspaniyanın "Atletiko Madrid" futbol klubunda forma geyinən türkiyəli futbolçu Arda Turan Somadakı faciəyə görə göz yaşlarını saxlaya bilməyib.ANS PRESS-in məlumatına görə, səhər məşqinə çıxan futbolçular Ardaya təsəlli verərək onu sakitləşdirməyə çalışıblar.
Klubun rəsmi səhifəsində "Arda Turan və "Atletiko Madrid" Somada kömür mədənində həyatını itirənlərin ailələrinə baş sağlığı verir" sözləri paylaşılıb.
Qeyd edək ki, Manisanın Soma rayonunda ölənlərin sayı 238-ə çatıb.
Qaynar.info

