Xəbər lenti

Arda Turan yenə zədələndi
İdman18:03 11.03.2015

Arda Turan yenə zədələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atletiko"nun futbolçusu Arda Turan yenə zədələnib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçinin sol dizindən zədə aldığı bildirilib. Bu səbəbdən o, komandanın məşqində iştirak etməyib.
A.Turanın İspaniya La Liqasında "Espanyol"a qarşı matçda oynayıb-oynamayacağı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, "Espanyol" - "Atletiko" oyunu martın 14-ü keçiriləcək.
Xatırladaq ki, A.Turan bu mövsüm tez-tez zədə problemləri ilə üzləşir.
Qaynar.info