Xəbər lenti

Arda Turandan pis xəbər
İdman05:17 11.04.2014

Arda Turandan pis xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atletiko Madrid"in türk ulduzu Arda Turanın zədəsi hələ sağalmayıb.

ANS PRESS-in xəbərinə görə, UEFA Çempionlar liqası dörddə-bir final oyunlarının aprelin 1-də baş tutan ilk görüşündə "Atletiko Madrid" - "Barselona" qarşılaşması olub. Arda Turanın matçın sonunda zədələnməsi azarkeşləri məyus edib.

Qasığında ikinci dərəcəli əzələ lifi yırtığı təsbit edilən Ardanın müalicəsinə davam edilir. "Atletiko Madrid" klubundan verilən məlumatda, Ardanın 2 liqa matçında və UEFA Çempionlar liqası yarım final oyunlarının ilk matçında forma geyinməyəcəyi gözlənilir.

Qeyd edək ki, ulduz futbolçunun aprelin 29-u, ya da 30-u keçiriləcək UEFA Çempionlar Liqasının revanş matçına çıxması planlaşdırılır.

Qaynar.info