Xəbər lenti

Arda Türk xalqından üzr istədi
İdman09:59 28.03.2013

Arda Türk xalqından üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə milli komandasının oyunçusu Arda Turan Macarıstanla matçdan 1:1 hesablı bərabərliklə ayrıldıqdan sonra qrupdan çıxmaq şanslarının sıfıra yaxın olduğunu deyib və bunun üçün türk xalqından üzr istəyib.

Matçdan sonra jurnalistlərə açıqlama verən Arda nəticənin pis olmasının məsuliyyətinin futbolçuların üzərində olduğunu bildirib: "Öz meydançanda qələbə qazanmasan, Dünya Çempionatına gedə bilməzsən. Hər zaman dediyim kimi, günah futbolçulardadır. Çox üzgünəm".

Nəticənin şanssızlıqla heç bir əlaqəsinin olmadığını qeyd edən Arda özlərini bacarıqsız adlandırıb: "Qapının ağzında topu içəri ata bilmədik. Atdığımız zaman da çox pis bir qol yedik. Şansımız hələ də var, amma sıfıra yaxındır. Türk xalqından üzr istəyirik",

Arda Türkiyənin qapısına vurulan qolda Semihin səhvinin normal olduğunu vurğulayıb: "Futbol bir komanda oyunudur. Belə səhvlər hər zaman olur. Semih Türkiyənin yetişdirdiyi ən yaxşı futbolçulardan biridir. Bundan sonra daha diqqətli olacağıq. Semihə gələnə qədər neçə oyun keçdi. Hazırda milli komandanın 1,5 -2 ilini boşluğa atmış olduq. Şəxsən mən yıxılmış vəziyyətdəyəm. Hamıdan üzr istəyirəm".

Qaynar.info