Xəbər lenti

ARDNŞ-dən ixtisara düşən işçilərə XOŞ XƏBƏR
Ölkə12:28 10.01.2014

ARDNŞ-dən ixtisara düşən işçilərə XOŞ XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sərbəstləşən işçilərin mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılıb


ARDNŞ-də aparılan struktur təkmilləşdirilməsi tədbirləri çərçivəsində sərbəstləşən işçilərin şirkətin müəssisə və təşkilatlarında mövcud vakansiyalara müsabiqə yolu ilə yerləşdirilməsi prosesinə başlanılıb. ANS PRESS-in Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, İnsan Resursları Departamentində “Energetik” və “Kadrların hazırlığı üzrə mühəndis” vakansiyaları üzrə ixtisas və iş təcrübəsi uyğun gələn sərbəstləşən işçilər üçün test imtahanı keçirilib.

Test imtahanı kompyuter proqramları vasitəsi ilə elektron qaydada aparılır və sərbəstləşən işçilərə yalnız ixtisas üzrə vakansiyaya uyğun 40 sual təqdim olunur. Test tapşırıqlarını cavablandırmaq üçün iddiaçıya 60 dəqiqə vaxt verilir, hər bir test tapşırığı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir, ixtisas üzrə təqdim olunan test tapşırıqlarından minimum 50 faizinə düzgün cavab verənlər keçid balını toplamış hesab olunur. Onların arasından ən yüksək bal toplayan şəxs imtahan verdiyi ixtisas üzrə işlə təmin olunur. Keçid balını toplayanların qalanları isə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir və imtahan verdiyi ixtisas üzrə növbəti vakansiya yarandıqda topladığı bal nəzərə alınaraq, həmin vakansiya üzrə imtahansız işlə təmin olunur. İxtisas üzrə keçid balını toplaya bilməyənlər isə ARDNŞ-də digər vakansiyalar elan edilərkən biliyi və ixtisası uyğun gələn vakansiyaya müraciət etmək hüququna malik olur.

Sərbəstləşmiş işçilər arasında xüsusi peşəkarlıq tələb olunmayan əməkdaşlar da var. Onların işlə təmin olunması müsabiqə proseduru tətbiq edilmədən aparılır. Belələri təlabata uyğun olaraq sərbəstləşənə qədər işləmiş olduqları sahələrə uyğun şəkildə yerləşdiriləcəklər.

Bununla yanaşı sərbəstləşməsi gözlənilən fəhlələrdən uyğun peşələrdə işləmişləri peşə sınağından keçirməklə, digərlərini isə ikinci peşəyə yiyələnməklə ARDNŞ-in müvafiq strukturlarında mövcud vakansiyalara yerləşdirilməsi ilə baglı siyahılar hazırlanır. Bu kateqoriyadan olanlar da Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı mərkəzlərində təhsillərini başa vurub müvafiq sertifikatlar aldıqdan sonra təlabata uygun olaraq təyinatı üzrə işlə təmin ediləcəklər.


Qaynar.info