Xəbər lenti

Arif Yunusun vəziyyəti pisləşdi, təcili yardım çağırıldı
Ölkə07:09 06.08.2015

Arif Yunusun vəziyyəti pisləşdi, təcili yardım çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edir. Modern.az saytının məlumatına görə hüquq müdafiəşilərinin məhkəmə prosesi yarımqapalı şəraitdə keçirilir.  
Vəkillər məlumat veriblər ki, proses zamanı Arif Yunusun vəziyyəti yenidən pisləşib. O, məhkəmə zalına gətirilərkən durumu yaxşı olmayıb. Bu səbədən iclas başlayan kimi Leyla Yunus həyat yoldaşının vəziyyətinin ağır olduğunu, ona təcili şəkildə tibbi yardım göstərilməli olduğunu bildirib. O, Arif Yunusun infarkt həddində olduğunu deyib.  
Arif Yunus salındıqları şüşə kabinədə otura bilmədiyi üçün oradakı skamyanın üstünə uzadılıb. Vəziyyətin gərgin olduğunu görən hakimlər prosesdə fasilə elan ediblər. Məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.  
Qeyd edək ki, Arif və Leyla Yunuslar dövlətə xəyanətdə ittiham olunur.
Qaynar.info