Xəbər lenti

Arvadının qulağını kəsən kişi həbs edildi
Ölkə06:39 07.10.2013

Arvadının qulağını kəsən kişi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyevin həbs olunması barədə sanksiya verilib.

Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, Ç. Mehdiyev prokurorluğun sanksiyasına əsasən həbs olunaraq istintaq orqanlarına təhvil verilib.  Astara Rayon Prokurorluğundan isə məsələ ilə bağlı hər hansı açıqlanma verilməyib.

Qeyd edək ki, Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. N. Xəlilova hazırda Astara Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.

Qaynar.info