
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə beynəlxalq konfransda iştirak etmək məqsədilə Almaniyaya gedib.
Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, Berlində keçiriləcək konfransda Cənubi Qafqazda əməkdaşlıq məsələləri müzakirə olunacaq. A.Mollazadə konfransda mövzu ilə bağlı çıxış edəcək və müzakirələrə qatılacaq.
Qaynar.info