Xəbər lenti

Asim Mollazadə İsrail diplomatları ilə görüşüb
Siyasət07:16 18.05.2015

Asim Mollazadə İsrail diplomatları ilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ölkəmizdə səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib. 

Qaynar.info xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı gələcək əməkdaşlıq məsələləri, regiondakı ictimai-siyasi və hərbi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə edilib. 

Asim Mollazadə qonaqlara DİP-in fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə nümayəndə heyətinin başçısı, İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş direktorunun müavini Zvi Rav-Ner, şöbənin əməkdaşı İtay Tagner, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və səfirliyin digər əməkdaşları iştirak edib. 

Qaynar.info