Xəbər lenti

Asim Mollazadəyə "Şöhrət" ordeni verildi
Ölkə13:31 07.06.2013

Asim Mollazadəyə "Şöhrət" ordeni verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynar.info xəbər verir ki, Prezident İlham Əliyev Asim Mollazadəni Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edib.

Qeyd edək ki, dünən partiya sədri 60 yaşını qeyd edib. 

A. Mollazadə 06 iyun 1953-cü ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 164 saylı orta məktəbi və Azərbaycan Tibb İnstitutunu bitirib.

1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb.

Tibb elmləri doktorudur.

İŞLƏDİYİ YERLƏR:

1992-ci ildən – Psixogen nevroloji və psixosomatik xəstəliklər Mərkəzinin direktoru (Bakı, Azərbaycan).

Dekabr-aprel 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin informasiya-analitik xidmətinin rəhbəri (Bakı, Azərbaycan).

Aprel-iyun 1993-cü ildən – Azərbaycan Respublikası Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Ermənistanla münaqişənin nizamlanması üzrə Prezidentin xüsusi nümayəndəsİ.

1994-cü ilin yanvar ayından – 2005-ci ilin aprelədək – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini.

1994-cü ilin fevral ayından -1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti. Fondun fəaliyyət istiqaməti siyasi əməkdaşlığın gücləndirilməsi, plüralist baxışın təşviqi, siyasi və hüquqi təhsil, siyasi diskussiyalar üçün forumların təşkilinə yönəlib.

1998-ci ildən – Azərbaycan Avro-Atlantik Mərkəzinin yaradıcısı və rəhbəri. Mərkəz Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasına istiqamət götürməklə NATO ölkələrinin və Azərbaycanın siyasi fiqurları arasında körpü rolunu oynamağı nəzərdə tutur. Mərkəzin hədəflərinə hüquqi islahatlar, mətbuat azadlığı, eləcə də regional təhlükəsizlik məsələləri daxildir.

Doktor Mollazadə Cənubi Qafqazda təhlükəsizlik siyasəti, Azərbaycan və NATO, Azərbaycanın Avropa Şurası və Avropa Komissiyasına üzvlük perspektivləri, azlıqların problemləri kimi bir çox yüksək səviyyəli konfranslara başçılıq etmişdir.

2000-ci ildən – bu günədək – Milli Məclisin deputatı (iki dəfə yenidən seçilib: 2005-сi və 2010-cu ildə), parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü.

2001-ci ilin yanvar ayından – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA-nın) Yaxın Şərq alt komitəsinin sədri, Siyasi və Monitorinq Komitələrinin üzvü, AŞ PA-nın Belorus üzrə məruzəçisi.

2005-ci ilin iyul ayından – bu gönədək  – Demokratik İslahatlar Partiyasının sədridir (iki dəfə yenidən seçilib: 2008-сi ilin noyabr ayında və 2011-cu ilin oktyabr ayında).

Qaynar.info