Aşıq Əhlimanın səhhətində xeyli irəliləyiş var.
Bu barədə Qaynarinfo-ya aşığın özü deyib.
Aşıq Əhliman hazırda ev şəraitində müalicə olunduğunu bildirib:
"Babatam, artıq relsə düşmüşəm, yavaş-yavaş üzü bu yana gəlirəm, yaşamaq istəyirəm. İşə gedirəm, bir neçə saat oturub evə qayıdıram. Hələ tam düzəlməmişəm. Əsas odur ki, həyatdayam və yaşayıram. Həkimlər deyirlər ki, tədricən hər şey gözəl olacaq”.
Aşıq Əhliman dostlarının onu dar gündə tək qoymadığını deyib:
"Elə bir dost olmadı ki, məni soruşmasın, baş çəkməsin, hamısına çox sağ ol deyirəm. Sənətkar unudulmur, bizdə şairə, sənətkara hörmət var”.
Qeyd edək ki, bir müddət öncə Aşıq Əhlimanın səhhəti qəfildən ağırlaşıb. Aşıq açıq ürək əməliyyatı olunub.
Bahar Rüstəmli