Xəbər lenti

Aşiq olmaq çəki artırır
Ölkə05:45 11.06.2016

Aşiq olmaq çəki artırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngilislərə məxsus pəhriz portalı "Forzadiet.Com"un 1000 cütlük üzərində apardığı araşdırmaya görə aşiq olmaq çəkini artırır. 

Sevgili cütlüklər hər ilə təxminən 2 kilo kökəlirlər. Çəkinin artma mərhələsi, əsasən bal ayından sonra başlayır. Bal ayında çəkisi artanların sayı18 faiz təşkil edir. 

Araşdırmaya görə, cütlüklərin 62 faizi bir-birlərinin vərdişinə alışır və birlikdə çəki alırlar. İlin ən çox çəki artıran dövrü Yeni ilə təsadüf edir. 3 ildən sonra bu proses daha da sürətlənir. 

Araşdırmanın digər bir nəticəsinə görə isə, birlikdə çəki alan cütlüklərin 56 faizi birlikdə pəhrizə başlayarsa, sürətli şəkildə çəki ata bilərlər.(axsam.az)

Qaynarinfo.az