Xəbər lenti

Aşıqlar Yasamal qəbiristanlığında "razborkaya" çıxdılar (VİDEO)
Maqazin11:48 10.07.2018

Aşıqlar Yasamal qəbiristanlığında "razborkaya" çıxdılar (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aşıq Namiq Fərhadoğlu aşıq Fəzail Miskinli ilə ATV-də baş verən məlum insidentdən sonra baş verənləri açıqlayıb. 
Qyanarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, o, verilişdən sonra həmkarını Yasamal qəbiristanlığına apardığını və söhbəti orada həll etdiklərini açıqlayıb:
O bildirib ki, aşıq Fəzail səhvini başa düşüb: "Sazçalanın ədəbsizliyini, keçi kimi atılıb-düşməyini gördüz. Vuran oğlan demir, vurur. Yalandan hoppanıb-düşdü, şou göstərdi. Kameraya işləyirdi. Mən öz ədəb-ərkanımı qoruyub saxladım. Təbii ki, bu verilişə ana-bacılarımız baxır. Verilişdən sonra qoymadım getsin. ATV-nin yaxınlığında Yasamal qəbiristanlığı var, ora apardım. Söhbətimizi orada davam etdirdik. Danışdıq, incikliyini bildirdi, əl tutub-barışdıq".
Namiq bildirib ki, efirdə ona aşıq demədiyi üçün Fəzail ondan inciyib: "Onunla üzbəüz söhbət edib, başa saldım. Sonda da əlimi sıxıb, çıxıb getdi".