Xəbər lenti

Aşkelona raket zərbəsi endirildi
Dünya06:55 26.08.2014

Aşkelona raket zərbəsi endirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Aşkelon şəhərinin sakinləri bu səhəri partlayış və sirena səsi ilə açıb. Qəzza zolağından Aşkelona atılmış raket yaşayış evlərindən birinə düşüb. 
Ans press-in məlumatına görə, nəticədə 3-ü azyaşlı uşaq olmaqla, 6 nəfər yaralanıb. Daha 12 nəfərin isə şok vəziyyətinə düşərək xəstəxanaya yerləşdirildiyi bildirilir. 
Daha bir raket isə şəhər ətrafına düşərək partlayıb. İsrail kütləvi-informasiya vasitələrinin məlumatına görə, bir qədər əvvəl Quş-Dana şəhərində də sirena səsi eşidilib. Məlumata görə, İsrailin "Dəmir Günbəz" raket-əleyhinə müdafiə sistemi paytaxt Tel-Əviv səması üzərində raket vurub.
Qaynar.info