Xəbər lenti

Aslan Aslanovun həbsinə hazırlıq gedir - açıqlama
Ölkə19:06 08.02.2015

Aslan Aslanovun həbsinə hazırlıq gedir - açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək həbs olunan Lamiyə Quliyeva və Vüqar əliyevin işi ətrafında məsələ böyüməkdədir. 
Qaynar.info modern.az-a istinadən xəbər verir ki, sözügedən qətldə təqsirləndirilərək ömürlük həbs cəzası almış məhkum Vüqar Əliyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov yeni açıqlama ilə çıxış edib: "Fevralın 8-də belə bir məlumat aldıq ki, Aslan Aslanov həbs olunub.Rəsmi orqanlarla apardığımız dəqiqləşdirmədən sonra belə məlum oldu ki, Aslan Aslanovun həbs olunması barədə informasya təsdiqlənmir, lakin onun həbs ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır".
Aslan Aslanov barəsində yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo"ya açıqlamasında keçmiş icra başçısı bütün bu xəbərləri dezinformasiya adlandırıb: "Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək".
Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunun qətlə işi sön vaxtlar ölkə mediasının əsas müzakirə mövzusudur. Sözügedən qətllə bağlı 2003-cü ildə başa çatmış məhkəmədən 11 il keçəndən sonra belə məlum olur ki, vaxtilə istintaq qeyri-obyektiv aparılıb, qətli Lamiyə Quliyeva törətsə də, hadisəni onun keçmiş nişanlısı Vüqar Əliyevinm boynuna qoyublar. Məhkəmə V.Əliyevə ömürlük, L.Quliyevaya isə 10 il iş kəsib.
Qaynar.info