
Tanınmış iş adamı Telman İsmayılovla qohum olan deputat imiş.
Deputat Hacı Salayev virtualaz.org-a qısa açıqlamasında azərbaycanlı milyarder Telman İsmayılovla qohum olduğunu təsdiqləyib.
Hacı Salayev oğlu Kənanla T.İsmayılovun qardaşı qızı Arzu Mərdanovanın ötən şənbə günü ailə həyatı qurduqlarını deyib: “Kənanla Arzu universitetdə bir yerdə oxuyublar. Tanışlıqları da o vaxta təsadüf edir. Fevralın 15-də övladlarımızın toyu oldu. Allah hər kəsin ailəsinə xoşbəxtlik qismət etsin”.
Qaynar.info