İdman 10:42 25.10.2022

"Aston Villa" yeni baş məşqçisinin adını açıqladı

Stiven Cerardla yolları ayıran "Aston Villa" yeni baş məşqçisinin adını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, komanda təcrübəli mütəxəssis Unay Emeriyə həvalə olunub. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Açıqlamada Emerinin baş məşqçi təyin olunduğu bildirilib.

İspaniya mətbuatının yazdığına görə "Aston Villa"ya dəvət alandan sonra "Vilyareal"la müqaviləni ləğv edən mütəxəssisə görə İngiltərə klubu 6 milyon avro ödəməli olub. 

Emeri 2021-ci ildə "Vilyarreal”la finalda "Mançester Yunayted”i məğlub edərək Avropa Liqasının qalibi olub. Onun komandası ötən il Çempionlar Liqasında 1/4 finala yüksəlib.

2013-16 mövsümlərində "Sevilya” ilə ardıcıl üç dəfə Avropa Liqasının qalibi olan ispaniyalı məşqçi daha sonra PSJ ilə ölkə çempionu tituluna yiyələnib, iki dəfə Liqa Kuboku və Fransa Superkubokunu qazanıb.

Emeri buna qədər İngiltərə Premyer Liqasında "Arsenal"ı dsa çalışdırıb.
 
 
 
Səbuhi Həsənov