Xəbər lenti

Ağsu dolayı çatladı - FOTO
Ölkə11:49 09.12.2016

Ağsu dolayı çatladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər intensiv yağan yağış və qar sürüşmə zonalarını aktivləşdirib, nəticədə Ağsu dolaylarında, Bakı-Şamaxı-Yevlax magistral yolunun 149-cu kilometrində çat əmələ gəlib.

Əraziyə 16 nömrəli Yol İstismar MMC-nin mütəxəssisləri nəzarət edirlər.

Magistral yolun 144-158 kilometrlik hissəsi Ağsu dolaylarından keçir. Dolayların 14 yerində sürüşmə zonası var. Hazırda ərazidə sürüşmənin aktivləşməsi müşahidə olunur. Avtomobillərin hərəkəti üçün hələlik ciddi təhlükə yoxdur.
 
Mütəxəssislər dolaylardan istifadə edən sürücülərə ehtiyatlı olmağı, avtomobillərin sazlığına və qış rejiminə uyğun təkərlərlə təminatına ciddi diqqət yetirməyi tövsiyə edirlər.(teleqraf.com)

Qaynarinfo.Az