Xəbər lenti

Ağsunun rəisindən qaz şikayəti
Ölkə11:46 28.04.2014

Ağsunun rəisindən qaz şikayəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağsu rayonu Heydər Əliyev küçəsi 79 ünvanında yaşayan Əfəndiyev Siyavuş Zabit oğlu həmin rayonun Qaz İstismar sahəsinin rəisi Xəyyam Allahverdiyevdən şikayətçidir. 

S. Əfəndiyev “Qafqazinfo”ya müraciətində bildirib ki, 2014-cü ilin fevral ayından qazları kəsilib: “2011- ci ildə küçəyə smart tipli sayğaclar quraşdırılıb. Mən də həmişə kart vurub qaz işlətmişəm. Fevral ayında mənə gəlib dedilər ki, 154 manat borcun var. Borcun nədən yarandığını isə sübut edə bilmirlər. O gündən sayğacı pinkoda saldılar, qazsız qaldıq”.

Qaz İstismar sahəsinin rəisi Xəyyam Allahverdiyev isə Qaynar.info-ya bildirdi ki, Siyavuş Əfəndiyevin dedikləri həqiqətəuyğun deyil: "Mən kiməm ki, onun qazını kəsim, ya qanunsuz əlavə pul yazım. O, qanuni şəkildə burcludur və iki ildir bu borcu ödəmir. Ona dəfələrlə deyilib ki, borcun var, gəl ödə. O da şantaj yoluna keçib. Nə qədər mənim canım sağdır, o, qaz görməyəcək. Getsin Neft Şirkəti ilə problemi yoluna qoysun. O dövlətə borcludur". 

Qeyd edək ki, Qaz İdarəsinin müdiri şikayətçi vətəndaş haqqında nalayiq sözlər də işlətdi. Etika xatirinə biz həmin ifadələri dərc etmirik. 

Qaynar.info