Xəbər lenti

Aşurada ölən iki azyaşlı qızla bağlı AÇIQLAMA
Ölkə14:22 14.11.2013

Aşurada ölən iki azyaşlı qızla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qurumlarla İş üzrə Dövlət Komitəsi Maştağada Aşura mərasmində iki uşağın ölümü ilə nəticələnən qəza ilə baağlı məlumata aydınlıq gətirib.

“Qafqazinfo”nun məlumatına görə, komitənin yaydığı informasiyada qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində bu gün səhər guya Maştağa qəsəbəsində Aşura mərasimlərində iştirak və azyaşlı kimi təqdim edilən iki qızın məscidin qarşısında maşınla vurulması və nəticədə hər ikisinin həlak olması barədə informasiya yayılıb: “Komitə tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hadisə məscidin qarşısında yox, Maştağa qəsəbəsinin yaxınlığında yol kənarında baş verib. Hadisə zamanı vəfat edənlər ziyarət məqsədilə yola çıxmış 1994-cü və 1991-ci il təvəllüdlü Bakı şəhəri, Bakıxanov qəsəbə sakinləri olublar. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Dövlət Komitəsi həlak olmuş vətəndaşlarımızın yaxınlarına başsağlığı verilir. Allah rəhmət eləsin”.


Qaynar.info