Xəbər lenti

At 20 yaşlı oğlanı sürüdü - Bakıda
Ölkə12:36 01.12.2016

At 20 yaşlı oğlanı sürüdü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda at 20 yaşlı oğlanı sürüyüb. Hadisə Maştağa qəsəbəsi Mehdi Hüseynzadə ev 1 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yenicə aldığı ata minib sürmək istəyib. At hürküb. Atın kəndirinin Q.Rəhimovun ayağına keçməsi nəticəsində heyvan gənc oğlanı bir neçə metr irəli sürüyüb. Yalnız qonşuların müdaxiləsi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Qaynarinfo.Az