
Sabunçu rayonunda ata və oğul yaşadıqları mənzildə küt alətlə döyülüb.
Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanında 1959-cu il təvəllüdlü Rəhimov Əli Hüseyn oğlu və 31 yaşlı oğlu Orxan Rəhimov naməlum şəxslər tərəfindən küt alətlə döyülüb. Münaqişənin qarşısını qonşular ala bilib. Ağır yaralanan ata və oğlu xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxslər saxlanılıb.Qaynarinfo.Az