Xəbər lenti

Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı
Ölkə15:32 10.08.2018

Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gununsesi.info" saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub.
Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, özü "Feysbuk" sosial şəbəkəsində məlumat verib.
P.Həşmli Gürcüstana getməsinin səbəbini atasını qonşu ölkəyə tibbi müayinəyə aparması ilə izah edib.
P.Həşimli yazıb: "Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandi. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirım. Bildirirəm ki, qarşıma qoyulan 10 yazinin 5 -i Baş Prokurorluga istinadən gedən yazilar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir.
Butün bunlar azmış kimi ölkədən çıxışıma stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar. 
Şahid qismində dindirildiyimi nəzərə alsaq, o zaman bu hərəkəti qanunsuz hesab edirəm".
P.Həşimli statusunun sonunda yazıb ki, prokurorluğun bu dəfə ona qarşı ədalətli olacağına inanır.