Azərbaycanlı atlet Nazim Babayev Fransada atletika üzrə keçirilən Meeting De L'Eure yarışında (World Indoor Tour Silver Level) medal qazanıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan idmançısı bürünc medal əldə edib.
25 yaşlı idmançı üçüncü yerə üçtəkanla tullanma növündə 16.27 metr nəticə göstərməklə sahib olub.
Səbuhi Həsənov