ATV-nin aparıcısı Aytən Səfərova ilk dəfə sosial şəbəkədə həyat yoldaşı ilə özəl videosunu paylaşıb.
Şəxsi həyatı haqqında danışmağı sevməyən aparıcı bildirib ki, videonu qızı hazırlayıb.
Xatırladaq ki, Aytən Səfərova 2005-ci ildə ANS kanalında tanış olduğu və idman müxbiri kimi çalışan Zəki Feyzullayevlə ailə həyatı qurub. Həmin şəxs indi Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinin rəhbəridir. Aparıcı isə iki övlad anasıdır. Qızı Ayzanın 10, oğlu Raulun 1 yaşı var.
Qaynarinfo.Az