Xəbər lenti

ATV-nin prezidenti işdən çıxarıldı (YENİLƏNİB)
Ölkə12:14 26.09.2017

ATV-nin prezidenti işdən çıxarıldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.

"Qaynarinfo" bizimyol.info-ya istinadən xəbər verir ki, işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında səsləndirdiyi fikirlər olub. 

Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

APA-nın məlumatına gprə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.

Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV nin tərkibində "ATV International" kimi fəaliyyət göstərib.

ATV kanalına yeni rəhbər təyin olunan Azər Xəlilov sayta açıqlamasında məlumatın doğru olduğunu bildirib. “Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir”.

**

Azər Xəlilov

Qaynarinfo.Az