Xəbər lenti

ATV Sergey Lavrovu sərt şəkildə tənqid etdi - VİDEO
Ölkə17:58 22.01.2017

ATV Sergey Lavrovu sərt şəkildə tənqid etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATV-də yayımlanan "Həftə sonu" verilişində Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov kəskin tənqid edilib.

AZXEBER.COM xəbər verir ki, "İmperiya nostaljisi, imperialist bəyanat" adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib. Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o bu cür sərsəm bəyanat verməli deyildi.

Eyni zamanda telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.

Süjetdə həmçinin Azərbaycanın xarici işlər nazirliyinin cavabı da birmənalı qarşılanmayıb. Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb.

ATV əməkdaşı Ülviyyə Zülfüqarın hazırladığı həmin süjeti təqdim edirik:

Qaynarinfo.Az