Xəbər lenti

Çavesdən yeni xəbər var
Dünya08:20 01.03.2013

Çavesdən yeni xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Venesuela prezidenti Uqo Çavesin əməliyyatdan sonra 2 aya yaxın gedən müalicə prosesinin davam etdiyi və həyat mübarizəsi apardığı bildirilib. 

Qaynar.info-nun məlumatına görə, Venesuela prezidentinin müşaviri Nikolas Maduro verdiyi açıqlamasında, "Çaves ölüm-dirim mübarizəsi aparır və biz də bu mübarizədə onun yanındayıq" deyib. 

Qeyd edək ki, Amerika Dövlətləri Təşkilatındakı sabiq Panama səfiri Qilyermo Koçes Venesuela prezidenti Uqo Çavesin 4 gün əvvəl Kubada dünyasını dəyişdiyini və beyin ölümü gerçəkləşən prezidentin Havanadan Venesuelaya gətirildiyini söyləmişdi. 

Qaynar.info