Xəbər lenti

AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç bitdi
İdman 19:01 19.06.2024

AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç bitdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.

Qaynarinfo xəbər verir ki, Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->