Xəbər lenti

Avroliqanın püşkü atıldı
İdman10:55 24.04.2015

Avroliqanın püşkü atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Qaynar.info xəbər verir ki, qitənin 2-ci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 klubun növbəti rəqibləri bəlli olub.

Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" İtaliya klubu ilə qarşılaşacaq. Belə ki, Kiyevdəki oyunda təmsilçimizə yenilən ukraynalılar "Napoli"yə rəqib olub. Digər yarımfinal cütündə isə "Sevilya" və "Fiorentina" qarşılaşacaq.

Püşkü nəticəsinə əsasən "Napoli" - "Dnepr" cütünün qalibi finalda nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.

Avropa Liqası

Yarımfinal

Napoli (İtaliya) - Dnepr (Ukrayna)

Sevilya (İspaniya) - Fiorentina (İtaliya)

Final

Napoli//Dnepr - Sevilya//Fiorentina

Qaynar.info