Xəbər lenti

Avropa Birliyindən Ermənistana ZƏRBƏ
Siyasət11:14 09.09.2013

Avropa Birliyindən Ermənistana ZƏRBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Biz Ermənistanın iradəsinə hörmət edirik, lakin qeyd etməliyik ki, Ermənistanın Gömrük İttifaqına üzvlüklə bağlı qərarı bu ölkənin Avropa Birliyinə inteqrasiya və AB ilə əməkdaşlıq ambisiyalarını azaldır”.

APA-nın AB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri quruma sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkeviçyus Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə deyib.

Sentyabrın 7-də Vilnüsdə keçirilən görüşdə L. Linkeviçyus bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Ermənistan “Şərq tərəfdaşlığı” proqramında iştirak etdiyi 5 il ərzində əldə etdiklərini itirməməlidir və gələcəyə baxmalıdır. E. Nalbandyan isə Ermənistanın bu proqramda fəal iştirakını davam etdirmək istədiyini söyləyib. 

Qaynar.info