Xəbər lenti

Avropa çempionatında insident:Erməni güləşçi təxribata əl atdı, idmançımız cavabını özünəməxsus şəkildə verdi
İdman15:51 01.04.2022

Avropa çempionatında insident:Erməni güləşçi təxribata əl atdı, idmançımız cavabını özünəməxsus şəkildə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.
Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.
Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.
Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.