Xəbər lenti

Avropa çempionumuz soyğunçuluqda ittiham olunur
Ölkə14:20 21.12.2017

Avropa çempionumuz soyğunçuluqda ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərbəst güləş üzrə Avropa çempionu olmuş Azərbaycan idmançısı Anar İsmayılov soyğunçuluqda ittiham edilir.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən A. İsmayılovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Qeyd edək ki, A. İsmayılov idmançıdır. O, 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.