Xəbər lenti

Avropa Froumunda Azərbaycanla bağlı dəyişiklik
Ekonomiks13:25 19.08.2014

Avropa Froumunda Azərbaycanla bağlı dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycanla əlaqəli mübahisəli “siyasi dustaqlar” ilə bağlı məlumatı öz internet səhifəsindən yığışdırıb. 

Qaynar.info xəbər verir ki, bu haqda AzNews.az-a Forumun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, ötən həftə Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətinin Azərbaycan üzrə Milli Platforması bəyanat qəbul edərək həmin sənədin forumun internet səhifəsindən yığışdırılmasıni istəmişdi. Milli Platforma məsləhətləşmələr yolu ilə Azərbaycanla bağlı sənədlərin və eləcə də broşuraların hazırlanmasının vacibliyini bildirib. 

Forumun internet səhifəsindən sözügedən sənədin götürülməsi ilə bağlı qərarın qəbul edilməsinin müsbət addım olduğunu deyən Vüqar Bayramov əlavə edib ki, həmsədri olduğu beynəlxalq qurumun milli nümayəndəliklər ilə məsləhətləşərək, fəaliyyət həyata keçirməsi eyni zamanda yerli vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini nəzərə alınması baxımdan vacibdir.

Xatırladaq, forum bir müddət öncə bu qurumda Azərbaycandan olan İdarə Heyəti üzvlərinin iştirakı olmadan “Azərbaycanda siyasi məhbuslar” adlı broşur hazırlayaraq, ölkədə 100 “siyasi məhbusun” olduğunu bildirmişdi.

Qaynar.info