
Hərəkat rəhbərliyi Dublinə səfəretdi.
24 – 25 may 2013-cü il tarixlərində İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Avropa Hərəkatının (BAH) Federal Assambleyası keçirilib.
Qaynar.info-nun məlumatına görə Assambleyada Avropa ölkələrində fəaliyyət göstərən BAH-ın yerli nümayəndəlikləri, Hərəkatın İdarə Heyəti, Vitse - Prezidentləri və Avropanın bir çox mühüm qurumlarının nümayəndələri iştirak edib.
Assambleyaya Azərbaycan Avropa Hərkatının (AAH) prezidenti Ramin Hacılı və baş katibi Aygül Cəfərova qatılıb.
2 gün davam edən Assambleya zamanı gündəlikdə duran məsələlərədən biri də Azərbaycanla bağlı olub. Belə ki,AAH-nın tamhüquqlu üzv kimi Beynəlxalq Avropa Hərəkatında 3 səs hüququna malik olması ratifikasiya edilib. Qərarın qəbul edilməsində AAH-nın Avrointerqrasiya istiqamətində bu vaxta qədər gördüyü fəaliyyəti və Azərbaycan əhalisinin sayı nəzərə alınıb.
Qeyd edək ki, AAH-nın Beynəlxalq Avropa Hərəkatına tamhüquqlu üzv olması 2012-ci ilin sentyabr ayında BAH-nın İdarə Heyəti tərəfindən qəbul edilmişdi.
Qaynar.info






