Xəbər lenti

Avropa Hərəkatından təhsil nazirinə təkliflər
Ölkə09:35 04.10.2013

Avropa Hərəkatından təhsil nazirinə təkliflər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avropa Hərəkatının İdarə Heyətininn üzvü Xalisə Şahverdiyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinə 6 bəndən ibarət təkliflər ünvanlayıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə özünün facebook sosial şəbəkəsindəki statusunda məlumat yayıb.

X. Şahverdinin əsas təklifləri xaricdə təhsil proqramında olan qüsurlarla bağlıdır. Həmin təklifləri sizə təqdim edirik:

"Təhsilimi davam etdirmək üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına müraciət etmişdim. Universitet və ixtissasım builki prioritete tam uyğun idi. İki mərhələdən sonra Nazirlik tərəfindən emailla belə cavab göndərilib: “Təəssüf hissi ilə bildirmək istərdik ki, Dövlət Proqramının məqsədləri ilə tam uyğunluq təşkil etməməsi səbəbindən sizin namizədliyiniz müsbət qiymətləndirilməmişdir. Nəzərə alın ki, bu qərarla bağlı apellyasiyanın verilməsi və sizin müraciətinizə yenidən baxılması mümkün olmayacaqdır”.

Düzü aldığım bu emaildan məyus oldum. Amma yeni Təhsil Nazirinə ilk gündən pozitiv baxıram və inanıram ki, yaxın gələcəkdə təhsilimizdəki neqativ halların aradan qaxmasında böyük tövhələr verəcək. Bu işdə nazir cənab Mikayıl Cabbarova möhkəm iradə və uğurlar arzulayıram.
Eyni zamanda inanıram ki, ölkəmizdəki neqativliklərlə mübarizədə kənardan müçahidəçi qalmaq, yalnız tənqidlə kifayətlənmək olmaz. Ümumi işin xeyrinə təkliflərimizi də bildirməkdən çəkinməməliyik.

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında iştirak və seçim qaydalarında şəffaflığın və bərabərlik prinsipinin təmin edilməsi üçün aşağıdakı təklifləri təqdim edirəm:

1) Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına və Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydalarında dəyişiklik edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın tərkibi dəyişdirilsin. Komissiyanın tərkibinə ictimai fəal və tanınmış ekspertlər, prioritet ixtisaslar üzrə mütəxəssislər bərabər sayda cəlb edilsin;

2) Seçim üzrə ikinci mərhələ - müsahibə komissiyalarının tərkibinə bərabər sayda ictimai fəal və tanınmış ekspertlər, prioritet ixtisaslar üzrə mütəxəssislər cəlb edilsin;

3) Müsabiqə iştirakçısına Komissiyanın yekun qərarı haqqında yazılı bildirişdə əsaslandırılmış informasiya verilsin;

4) Müsabiqə iştirakçısının Komissiyanın yekun qərarından şikayət etmək hüququ təmin edilsin;

5) Bakalavr, master və elmlər doktoru dərəcəsi üzrə təhsillə bərabər, prioritet təcrübə ixtisasları müəyyən edilsin və gənc mütəxəssislərin 3-12 ayliq təcrübə proqramında iştirakı da Dövlət Proqramı çərçivəsində maliyyələşdirilsin;

6) Təcrübə proqramında iştirak qaydaları müəyyən edilərək Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili (və təcrübə) üzrə Dövlət Proqramı və Xarici ölkələrdə təhsil (və təcrübə) alacaq Azərbaycan gənclərinin seçim Qaydalarında müvafiq dəyişikliklər edililsin".

Qaynar.info