Xəbər lenti

Avropa İttifaqı Aram Qabrelyanova qarşı sanksiya tətbiq etdi
Dünya 15:33 24.06.2024

Avropa İttifaqı Aram Qabrelyanova qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı News Media-nın baş direktoru və prezident Aram Qabrelyanovu sanksiya siyahısına əlavə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ- nin rəsmi jurnalında dərc olunan reqlamentdə deyilir.

Qabrelyanov "aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yaymaqda” ittiham olunaraq Aİ-nin qara siyahısına salınıb.

Aİ qeyd edir ki, rusiyalı jurnalist "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini ” pozan və təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir.

Qeyd edək ki, Aram Qabrelyanov rusiyalı jurnalist və naşir, "Life” layihəsinin və "Life” qəzetinin yaradıcısı, Baltic Media Group holdinqinin prezidenti, "News Media” nəşriyyatının baş direktorudur.

O da məlum olub ki, 2024-cü il iyunun 25-dən Avropa İttifaqı regional birliyin ərazisində RİA Novosti, "İzvestiya”, "Rossiyskaya qazeta” və "Avropanın səsi” kimi üç Rusiya və bir Çex mediasına çıxışı məhdudlaşdıracaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->