Xəbər lenti

Avropa Kubokunda iştirak edəcək cüdoçularımızın adları açıqlandı
İdman12:16 22.04.2022

Avropa Kubokunda iştirak edəcək cüdoçularımızın adları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İdmançılarımız Strasburqda keçiriləcək yeniyetmələr üzrə Avropa Kubokunda iştirak edəcəklər. 
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Avropa Cüdo Birliyinin təqviminə görə növbəti yeniyetmələr arasında turnir 23-24 aprel 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində keçiriləcək. Avropa Kubokunda dünyanın 20 ölkəsindən 366 idmançı iştirak edib medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar. Turnir  yeniyetmə yaşlı idmançılarımıza özlərini sınamaq və gələcəkdə beynəlxalq səviyyədə təcrübə qazanmaq üçün böyük imkan yaradır. 
Ölkəmizi Avropa Kubokunda baş məşqçi Ramiz Ramizzadə rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli yığma komanda təmsil edəcək. Komandanın üzvləri:
-50 kq.
Məhəmməd Məmişov
Xəlid Məmmədov
-55 kq.
Məhəmməd Musayev
Xanəhməd Şərifov
Şahin Oruczadə
-60 kq.
Nizami İmranov
Mehdi Cəfərov
-66 kq.
Nicat Nağıyev
Əbil Yusubov
-73 kq.
Süleyman Əliyev
Əli Hacızadə
Nahid Tarquliyev
-81 kq.
Camal Bağışov
+90 kq. 
Ramazan Əhmədov
Zaur Sarıoğlu
Qızlardan ibarət milli yığma  komanda isə yarışa məşqçisi Elnur İsmayılov olmaqla turnirə qatılacaq. Komandanın üzvləri:  
-44 kq.
Xumar Qasımzadə
-52 kq.
Fidan Qasımova
-57 kq. 
Fidan Əlizadə
Səbuhi Həsənov