Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Qaynarinfo xəbər verir ki, gecənin matçlarından sonra növbəti mərhələyə yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.
Avropa Liqasından 1/16 finala yüksələn 24 komandanı təqdim edirik: "Vilyarreal”, "Astana”, "Dinamo Kiyev”, "Partizan”, "Braqa”, "Ludoqorets”, "Milan”, AEK, "Atalanta”, "Lion”, "Lokomotiv”, "Kopenhagen”, "Viktoriya", "Styaua”, "Arsenal”, "Srvena Zvezda”, "Zalsburq”, "Marsel”, "Atletik”, "Ostersun”, "Latsio”, "Nitsa”, "Zenit”, "Real Sosyedad”.
Bundan əlavə Çempionlar Liqasında öz qruplarında üçüncü yeri tutmuş 8 komanda da, Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparacaq: ÇSKA (Rusiya), "Seltik” (Şotlandiya), "Atletiko” (İspaniya), "Sportinq” (Portuqaliya), "Spartak” (Rusiya), "Napoli” (İtaliya), "Leipzig” (Almaniya) və "Borussiya Dortmund” (Almaniya).
Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək.