Xəbər lenti

Avropada ilin transferi: Balotelli “Liverpul”da
İdman04:00 26.08.2014

Avropada ilin transferi: Balotelli “Liverpul”da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin “Liverpul” klubu Mario Balotellinin alındığını rəsmən elan edib. Apasport.az saytının məlumatına görə, Mançesterdə və Liverpulda 2 dəfə tibbi müayinədən keçən futbolçu artıq yeni komandasına qoşulub.

Ötən gün Liverpula gedən Balotelli komandanın fiziki hazırlıq üzrə məşqçisi Royland Morqansla individual məşq edib. Qeyd edək ki, bundan əvvəl “Liverpul”un Balotellinin keçidi müqabilində “Milan”a 16 milyon funt (təxminən 20 milyon avro) ödədiyi bildirilirdi.

Balotelli İngiltərəyə keçidindən xoşbəxt olduğunu vurğulayıb: “Liverpul” İngiltərənin ən yaxşı klublarından biridir və xeyli istedadlı gənc oyunçuları var. Məhz buna görə də, buradayam”.

Qaynar.info