Xəbər lenti

Avropada meşə yanğınlarının vurduğu açıqlandı - 19 milyard avro
Dünya 17:00 08.08.2026

Avropada meşə yanğınlarının vurduğu açıqlandı - 19 milyard avro

Avropada ilin əvvəlindən bəri baş verən meşə yanğınları nəticəsində 530 min hektardan çox ərazi kül olub. Yanğınların səbəb olduğu iqtisadi itkilərin isə 19 milyard avronu keçdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, ABŞ-da yerləşən və qlobal miqyasda hava proqnozu xidmətləri göstərən "AccuWeather" şirkətinin məlumatına görə, Avropada ilin əvvəlindən bəri çoxsaylı meşə yanğınları baş verib. Yanğınlar nəticəsində 530 min hektardan çox ərazi zərər görüb. Ən çox zərər çəkən ölkələrin İspaniya və Fransa olduğu bildirilib.

Yanğınların səbəb olduğu iqtisadi itkilərin 19 milyard avronu keçdiyi qeyd olunub.

Avropada meşə yanğınları riskinin payıza qədər yüksək olaraq qalacağı vurğulanıb. Mütəxəssislər yüksək temperatur və quraqlığın yanğın riskini artırdığına diqqət çəkərək, Avropanın müxtəlif bölgələrində yanğınlara qarşı mübarizə tədbirlərinin davam etdirilməsinin vacibliyini bildiriblər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->