Xəbər lenti

Avropada qazın qiyməti min kubmetr üçün 400 dolları ötdü
Dünya10:31 11.09.2023

Avropada qazın qiyməti min kubmetr üçün 400 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropada qazın birja qiymətləri sentyabrın 11-də səhər saatlarında 5%-dən çox artaraq min kubmetr üçün 404 dollar təşkil edib.
Qaynarinfo Enkorr-a istinadla xəbər verir ki, bunu London ICE birjasının məlumatları sübut edir.
TTF indeksi (Avropanın ən böyük mərkəzi, Hollandiyada yerləşir) üzrə oktyabr fyuçersləri hər min kubmetr üçün 410,1 dollar (+7,4%) səviyyəsində ticarət olunub.
Bakı vaxtı ilə saat 10:10-a olan məlumata görə, onların dəyəri min kubmetr üçün 403,8 dollar (+5,8%) təşkil edib. 
Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır - min kubmetr üçün 381,8 dollar.
Cümə günü Avstraliyada Chevron-un mayeləşdirmə zavodlarının işçiləri tətilə çıxıblar. Həmin gün Avropada qazın birja qiymətləri günün sonuna yaxın 6% bahalaşıb.
Alpər