Xəbər lenti

Avropadan Macarıstana 40 milyard avroluq cəza
Dünya14:38 14.09.2022

Avropadan Macarıstana 40 milyard avroluq cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyası Viktor Orbanın dövründə ölkədə genişmiqyaslı korrupsiya şübhələrinə görə 2027-ci ilə qədər Macarıstana 40 milyard avrodan çox vəsait verməkdən imtina etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Avropa İttifaqının yüksək vəzifəli məmurlarına istinadən yazır.
Macarıstana maliyyə yardımı ilə bağlı yekun qərar yaxın üç ay ərzində Aİ ölkələrinin hökumətləri tərəfindən qəbul ediləcək. Vəsait ayırmaq üçün Budapeştin öz lehinə səs çoxluğu toplaması lazımdır.
Macarıstan Avropa Komissiyası tərəfindən korrupsiyaya görə araşdırılan ilk Aİ ölkəsi olub. Hərtərəfli auditdən sonra Brüssel rəsmiləri belə qənaətə gəliblər ki, baş nazir Viktor Orbanın hakimiyyətdə olduğu on ildən artıq müddətdə ölkədə qanunların aşınması və tüğyan edən korrupsiya müşahidə olunub.
Araşdırmanın nəticəsini gözləyən Orban hökuməti Macarıstanda anti-korrupsiya agentliyinin yaradılmasını, habelə dövlət satınalmaları da daxil olmaqla bir sıra qanunlara düzəlişlər etməyi təklif edib ki, Aİ ölkələrində bununla bağlı narahatlıq olmasın.
Avropa Komissiyası korrupsiyanın qarşısını almaq üçün Orbana vaxt verməyi düşünür. Macarıstana maliyyə yardımı almaq üçün bütün zəruri qanunları qəbul etməyə bir aydan üç aya qədər vaxt verilə bilər.
Macarıstan dəfələrlə anti-Rusiya sanksiyalarına qarşı çıxıb və Aİ-də fikir ayrılığına səbəb olub.
"Sanksiyalar Rusiyanı sarsıtmayıb və Avropa artıq dörd hökuməti itirib”, deyə Orban iyulda bildirib.
 O, Ukraynadakı hadisələrə görə "Qərb hökmranlığının” sona çatacağını və onun siyasi müttəfiqi Rusiya prezidenti Vladimir Putinin mütəmadi olaraq xatırlatdığı "çoxqütblü dünya düzəni”nin başlanacağını proqnozlaşdırıb. Orban həmçinin bildirib ki, Rusiyaya qarşı sanksiyalar Ukraynaya kömək etmir, ancaq "Avropa iqtisadiyyatını öldürəcək”.
Macarıstan Avropa İttifaqının bloklanmış vəsaitlərini əldə etmək üçün sentyabrın əvvəlində üç rus oliqarxına - Petr Aven, Viktor Raşnikov və Əlişir Usmanovun üzərindən sanksiyaların götürülməsini tələb edib. Lakin Aİ-yə sədrlik edən Çexiya şəxsi sanksiyaların uzadılmasına mane olmamaq üçün Budapeştlə razılaşa bilib. Lakin Macarıstanın mövqeyi "digər Aİ ölkələrini hiddətləndirib".
Bundan sonra Çexiya hökumətinin Avropa məsələləri üzrə naziri Mikulas Bek deyib ki, Macarıstanın son hərəkətləri onun Avropa İttifaqına üzvlük müddətinin uzadılmasını sual altına qoyur. "Aİ-də danışıqlar çox vaxt çətin olur və bir çox ölkələr tərəfindən danışıqlar aparıla bilər. Amma Macarıstan, məncə, bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib və indi o, bu kənardan uzaqlaşmaq, yoxsa risk edib tullanmaq barədə qərar verməlidir ki, bunun nəticələrini təxmin etmək istəmirəm”, deyə Bek bildirib.
Nizami Bağırov