Xəbər lenti

“Avroviziya 2022” mahnı müsabiqəsində kim qalib gələcək?
Maqazin18:13 25.04.2022

“Avroviziya 2022” mahnı müsabiqəsində kim qalib gələcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bukmeker kontorları İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsində kimin qalib ola biləcəyi ilə bağlı proqnozu yeniləyiblər.
Bu barədə Qaynarinfo müsabiqənin rəsmi saytı olan eurovisionworld.com-a istinadən xəbər verir.
Yenilənmiş proqnoza görə, Ukrayna lider olaraq qalır. "Kalush Orchestra” kollektivi 41% ehtimalla qalib gələcəyi proqnozlaşdırılır.
İkinci yerdə Mahmood və Blanco dueti "Brividi” treki ilə çıxış edəcək İtaliya (16%), üçüncü yerdə isə İsveç (11%) qərarlaşıb. İsveç, Komelia Yakobsun ifa etdiyi  "Hold Me Closer” mahnısı ilə təqdim olunacaq. Dördüncü yeri Böyük Britaniya təmsilçisi (6%), beşinci yeri isə İspaniya (4%) tuta bilər.
İlk səkkizlik belə formalaşıb
Azərbaycan təmsilçinin finala düşmək şansı yüksək qiymətləndirilsə də (67%) qalib gəlmək ehtimalı 1%-dən də aşağı qiymətləndirilir (26-cı yer)
Xatırladaq ki, "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.
Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək. O, mayın 12-də baş tutacaq ikinci yarımfinalda yarışacaq.