Xəbər lenti

Avtobus sürücülərinə qarşı reydlər keçirilir
Ölkə10:12 02.05.2013

Avtobus sürücülərinə qarşı reydlər keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda avtobus sürücülərinə qarşı reydlər keçirilir. Bakı Şəhər Dövlət Yol Polisinin (BŞDYP) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, metronun “Koroğlu” stansiyasının qarşısında yol polisi avtobus sürücüləri arasında nizam-intizam yaradılması və avtobusların iştirakı ilə baş verən qəzaların minimuma endirilməsi üçün reydlərə başlayıb. Reyd zamanı avtobusları sürücülük vəsiqəsi olmadan idarə edən 12 nəfər,  dayanacaqdan kənarda saxlayan 30-a yaxın sürücü haqqında tədbir görülüb.

Reyd zamanı saxlanılan avtobusların təxminən 70 faizində texniki pasport olmadığı üçün protokol tərtib edilib. 

Qaynar.info